Avropada immuniteti zəif olan insanlar 4-cü doza peyvənd olunacaqlar

DÜNYA 18 yan 2022, 22:06

Avropa Dərman Agentliyi immuniteti zəif olan insanlar üçün COVID-19 peyvəndinin dördüncü dozasına icazə verib.

Bu barədə agentliyin sözçüsü Marko Kavaleri bildirib.

Onun sözlərinə görə, hələlik Avropa İttifaqının bütün əhalisi üçün ikinci gücləndirici doza tövsiyə edilmir:

"İmmun sistemi ciddi şəkildə pozulmuş və ya zəifləmiş, artıq üç doza peyvənd almış insanlar üçün ikinci gücləndirici doza mümkündür".

Kavaleri əlavə edib ki, agentlik hələ də qısa fasilələrlə təkrar gücləndiricilərin tətbiqini təhlükəli hesab edir, çünki belə bir sxem gözlənilənlərin əksinə olaraq antikorların sayını azalda və orqanizmin koronavirusun yaratdığı fəsadlara qarşı müdafiəsini zəiflədə bilər./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top