“Kişini tək xarici görünüşlə deyil, həm də daxili gözəlliklə cəlb etmək lazımdır” — Psixoloq

SOSİAL 18 yan 2022, 20:10
“Hər bir dövrdə qadının ən böyük məqsədi gözəl görünmək və səliqəli olmaq olub, amma indi gözəllik ikonu yaranıbdır”.

Bunu Demokrat.az-a açıqlamasında psixoloq Vəfa Əkbər deyib.

Psixoloq qeyd edib ki, bəzi insanlar kütlə psixologiyasına tez məruz qalır:

“Belə insanlara biz konfromist insanlar deyirik. Konfromist insanlar kütlə psixologiyasına tez məruz qalıb, fərdi fikrini qoruyub saxlaya bilməyən insanlardır. Bu cür insanlar gözəl olduğu və ya qüsuru olmadığı təqdirdə, estetik əməliyyatlara üz tutaraq standart bir qadın olurlar. Əslində, insanlar burada standartlaşır və eyniləşir desək, daha düzgün olar. Çünki bu, gözəllik deyil. Bu insanın özündən narazılığını kəsb etdirir. İnsan özündən o qədər narazı, o qədər özünü formalaşmış və dolğun görmür ki, nəticədə hamının qəbul etdiyi kimi gözəl olaraq, sanki o natamamlığı tamamlamış olur. Burada özgüvən problemi var, özünə bəyənməmə, özünü kifayət qədər yetərli və yararlı hesab etməmə, yəni kökündə çox şeylər durur. Bəzən biz əksərən üzərində çalışmamış və ya həmişə tərifə ehtiyac duyan insanların estetik əməliyyatlara üz tutduğunu görürük, yəni bu, sevgi aclığıdır. Elə olduqda, artıq ilk tərifi özü özlərinə etmiş olurlar. “Mən gözələm. Mən də bu, daha gözəldir deyərək”, o, əvvəllər yaşadığı natamamlığı sanki qismən tamamlamış olur”.

Psixoloq qeyd edib ki, kişini tək xarici görünüşlə deyil, həm də daxili gözəlliklə cəlb etmək lazımdır:

“Kişini cəlb edən bu iki gözəlliyin vəhdətidir. Əgər qadınınn daxili gözəl deyilsə, yaranmış süni gözəllik elə süni də qalacaqdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top