Salyanda qalib idmançı ilə görüş keçirildi — FOTOLAR

SOSİAL 18 yan 2022, 13:10
13-16 yanvar  2022 –ci il  tarixlərdə Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə18 yaşadək yeniyetmə cüdoçular arasında cüdo  idman  növü  üzrə  Azərbaycan birinciliyi  keçirilib.   

Demokrat.az xəbər verir ki, cüdo idman növü üzrə 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində Salyan komandası  təcrübəli məşqçi-müəllim Zaur Əliyevin  rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak edib və uğurlu nəticə qazanıb.

Cüdo üzrə Azərbaycan birinciliyində 44 kq çəki dərəcəsində Əliyeva Lalə Ceyhun qızı III yeri tutub.

Qazanılan  qələbə  münasibətilə  Salyan rayon Gənclər və İdman İdarəsində  qalib idmançı ilə  görüş  keçirilib.    

Qalib idmançını təbrik edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qeyd edib ki, ölkəmizdə prioritet istiqamətlərindən biri sayılan idmanın yeniyetmə və gənclər arasında kütləviliyinin artırılması, onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirilməsi üçün bu sahəyə xüsusi diqqət ayrılır. Ölkəmizdə bədən tərbiyəsi və idman artıq  ictimai həyatın ayrılmaz tərkib hissəsinə çevrilib.  Məhz  bütün  bu  fəaliyyətlər  sağlam gənclərimizin,  həmçinin  peşəkar və dünya  arenalarında  öz sözünü  deyən  idmançıların  yetişməsində mühüm rol  oynayır.

Qələbə münasibəti ilə İdmançımızı təbrik edir və uğurlarının  davamlı  olmasını arzulayırıq!

Bir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top