Mahir Xəttaba hökm oxundu

HADİSƏ 18 yan 2022, 11:28
Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Demokrat.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov müdafiə nitqi ilə çıxış edib.

Vəkil Mahir Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Mahir Ələkbərov son söz deyib.

Sonra hökm elan edilib.

Məhkəmənin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Mahir Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top