Çingiz Əsgərov: “Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq”

DAXİLİ SİYASƏT 18 yan 2022, 11:58
“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”.

Demokrat.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O xatırladıb ki, keçən il Azərbaycanda inzibati məhkəmələrin ayaradılmasından 10 il ötüb: “Bu məhkəmələrin yaradılması çox düzgün addımdır”.

Ali Məhkəmənin sədr müavini bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb: “Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top