Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

DAXİLİ SİYASƏT 18 yan 2022, 10:07
Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb.

Demokrat.az xəbər verir ki, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir.

Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər.

Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş tutacaq. Toplantıda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat dinləniləcək, yaz sessiyası üçün iş planı müzakirə olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top