Rusiya fevralın 1-dən neftin ixrac rüsumunu yenidən artırır

DÜNYA 17 yan 2022, 22:54

Cari il fevralın 1-dən Rusiyada neftin ixrac rüsumu 1 dollar artaraq bir ton üçün 47,7 dollar təşkil edəcək.

 Bu barədə Rusiya Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, ötən il dekabrın 15-dən bu il yanvarın 14-dək Rusiyanın ixrac etdiyi “Urals” markalı neftinin bir barel üçün orta qiyməti 77,1 dollar və ya bir ton üçün 563,3 dollar olub.

Qeyd edək ki, hazırda neftin ixrac rüsumu bir ton üçün 46,7 dollar təşkil edir. /qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top