Əfqanıstanda zəlzələ oldu, ölənlər var

DÜNYA 17 yan 2022, 22:00

Bazar ertəsi Əfqanıstanın şimal-qərbində baş verən zəlzələ nəticəsində azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bir neçə evə ziyan dəyib. Hakimiyyət qurbanların sayının arta biləcəyini istisna etmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, 5,6 bal gücündə zəlzələlərin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 154 km şimal-şərqdə yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top