Petro Poroşenkonun tərəfdarları Kiyevdə etiraz aksiyası keçirir

DÜNYA 17 yan 2022, 21:07

Ukraynanın sabiq prezidenti, “Avropa həmrəyliyi” Partiyasının sədri Petro Poroşenkonun tərəfdarları etiraz aksiyası keçirir.

Onlar Kiyevin Peçersk rayon məhkəməsinin binası qarşısına toplaşıblar və eks-prezidentə qarşı ittihamın ləğvini tələb edirlər.

Belə ki, bu gün səhər saatlarında Borispol hava limanında Polşadan Ukraynaya qayıdan Poroşenkonun həbsinə cəhd olub, amma sonra pasportu geri qaytarılaraq sərbəst buraxılıb.

O, günorta saatlarında hakim qarşısına çıxarılıb, məhkəmə prosesi davam edir.

P.Poroşenko məhkəmədə fasilə zamanı tərəfdarları qarşısına çıxaraq Ukraynaya Prezident Volodimir Zelenski ilə mübarizəyə yox, müharibə astanasında olan ölkəsi uğrunda mübarizə aparmaq üçün gəldiyini bildirib. O vurğulayıb ki, mübarizəsi qələbəyədək davam edəcək.

Dövlət ittihamçısı çıxışında məhkəmədən P.Poroşenkonun həbsini, ya da 1 milyard qrivna girov tələb edib. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top