“Simpsons”lar 2022-ci il üçün nə vəd edir?

DÜNYA 17 yan 2022, 20:13
“Simpsons”lara görə, 2022-ci ildə körpələrin cümlələri başa düşüləcək. Bildiyimiz kimi, keçən illərə kəhanətləri ilə damğasını vuran “Simpsons” cizgi serialı bir çox hadisələri proqnozlaşdırıb və illər əvvəl yayımlayıb.

Demokrat.az
xəbər verir ki, 32 ildir ekranda olan və böyük pərəstişkarı olan serial Trampın prezidentliyi, Kamala Harrisin vitse-prezidentliyi, Kolumb heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, koronavirusu, 11 sentyabr hücumları və s. kimi hadisələri əvvəlcədən bilirdi. Bəs, “Simpsons”lara görə, 2022-ci ildə nələr gerçəkləşəcək? “Simpsons”lara görə 2022-ci ildə məktubların holoqrafiya ilə göndərilməsi mümkün olacaq, yəni insanlar lazer şüası vasitəsilə öz timsallarında məktub ünvanlaya biləcəklər. Belə ki, Simpsonlar serialının bir hissəsində poçtalyonun gətirdiyi post açılanda insanların qarşısına holoqram çıxır və həmin hissədən məktub göndərən şəxsin görünüşü əks olunur. Texnoloji inkişafları nəzərə alaraq serialın pərəstişkarları holoqram poçtlarının bəşəriyyət üçün uzaq bir imkan olmadığını düşünürlər. “Simpsons”ların digər ehtimallarına görə, 2022-ci ildə körpələrin cümlələri tərcümə ediləcək. Belə ki, “Simpsons” cizgi filminin bir seriyasında göstərilən cihaz böyüklərə körpənin nə dediyini anlamağa kömək edir. Elm adamlarının 2022-ci ildə bu ixtira üzərində hərəkətə keçəcəyi proqnozlaşdırılır. 2019-cu ildən dünyanı təsir altına alan koronavirus epidemiyasının başlanacağını proqnozlaşdıran “Simpson”lar bu dəfə onun sona çatacağı ilə bağlı proqnozları ilə gündəmə gəlib. Məşhur cizgi serialına görə, pandemiya 2022-ci ildə bəşəriyyətin həyatından yox olacaq.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top