Brüsseldə Avropada yaşayan azərbaycanlıların şanlı Qələbəyə verdiyi töhfələrdən danışıldı — VİDEO

DİASPOR 17 yan 2022, 15:52
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Belçikada fəaliyyət göstərən diaspora təşkilatlarının və icmaların Azərbaycanın Avropa Birliyində, Belçika və Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovla görüşü keçirilib. 

Görüşü açan səfir Vaqif Sadıqov Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilat və icma nümayəndələrini salamlayıb. Bildirib ki, bu tədbirin Belçikada yaşayan soydaşlarımızla ilk görüşüdür və bu görüşdə qarşıdakı fəaliyyət proqramı müzakirə edib.

Səfir Vaqif Sadıqov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı əhəmiyyətli qələbədən, bu qələbədə Avropada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətindən, diaspora təşkilatlarının Azərbaycanın diplomatik korpusları ilə birlikdə bu Qələbəyə verdiyi töhfələrdən, Azərbaycan xalqının  Prezident İlham Əliyevlə birliyindən bəhs edib.

Səfir V. Sadıqov Belçika və Lüksemburqda bundan sonra da Azərbaycan diaspor təşkilatları və icmalarının daha da fəal olmasını, proseslərə aktiv münasibət bəsləmələrini tövsiyə edib. 

Avropa Azərbaycanlılar Konqresinin (AAK) prezidenti Sahil Qasımov çıxışında görüşün təşkilinə görə səfirə təşəkkür edib. Qeyd olunub ki, Avropadakı diaspor təşkilatları və icmaları bu qitədəki Azərbaycan diplomatik korpusları və nümayəndəlikləri ilə hər zaman birlikdə fəaliyyət göstərib. 

Sahil Qasımov, AAK-ın Azərbaycanın Avropa Birliyindəki səfirliyi ilə həm əvvəl, həm indi sıx münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Avropa Parlamentində və digər beynəlxalq qurumlarda akkreditə olunaraq lobbiçilik istiqamətində fəaliyyətlərini birgə həyata keçirəcəklərini qeyd edib. AAK prezidenti Azərbaycanın Brüsseldəki II inzibati binasının pandemiya müddətində bir neçə il istifadəsiz qaldığını, həmin tikilinin Azərbaycan icmalarının istifadəsinə verilməsi təklifi irəli sürüb.
 



Görüşdə çıxış edən Belçika "Dayaq" təşkilatının sədri Asəf Bağırov, Dünya Azərbaycanlıları Birliyi rəhbəri Ədalət Quliyev, Antverpen Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Təyyar Hüseynov, Avropada fəaliyyət göstərən jurnalist Elnaz Ağacan DUFOA rəhbəri Leyla Babayeva müxtəlif təkliflər irəli sürüblər. Həmçinin, diaspor fəaliyyətinin və lobbiçilik daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə diaspor nümayəndələri ilə birlikdə Azərbaycanın Brüsseldəki diplomatları, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, musiqiçilər, jurnalistlər iştirak edib.

No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top