AWWA peşəkar təhsil proqramlarına başlayır — FOTOLAR

BİZNES 17 yan 2022, 13:00
2021-ci ildən başlayaraq Azərbaycan qanunvericiliyində kosmetologiya və SPA sənayesi sahəsində ixtisas standartları müəyyən edilib.
 
Nazirlər Kabinetinin 31 oktyabr 2021-ci il tarixli qərarına əsasən, kosmetologiyada kosmetoloq-texnik, kosmeçevt və masajçı kimi ixtisaslar yaradılıb. Bazar şəraiti işəgötürənləri ixtisasları bu standartlara tam cavab verən mütəxəssislərə müraciət etməyə sövq edir.

Yanvarın 18-dən etibarən AWWA - Aesthetic & Wellness World Academy (Estetik və Sağlamlıq Dünya Akademiyası) peşəkar təhsil proqramlarına başlayacaq ki, bu proqramlar çərçivəsində də göstərilmiş ixtisaslar üzrə təhsil almaq mümkün olacaq. Bu təhsil proqramları Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

AWWA - Aesthetic & Wellness World Academ (Estetik və Sağlamlıq Dünya Akademiyası) - Azərbaycanda estetika və SPA sənayesi sahəsində işləmək üçün mütəxəssislərin hazırlanması və peşəkarlığının artırılması üzrə aparıcı təşkilatdır.

 "İnanırıq ki, dövlət qurumları ilə dövlət-özəl tərəfdaşlığı formatında əlaqələrimiz peşə təhsili olan vətəndaşlarımızı estetik təbabətdə işə cəlb etməklə yanaşı, yerli əmək bazarının potensialını daha da gücləndirəcək”, - deyə Aesthetic & Wellness World Academy -nin (Estetik və Sağlamlıq Dünya Akademiyası) rəhbəri Həcər Cəfərova bildirib. 

Yanvarın 17-də AWWA-nın təşkilatçılığı ilə "Holiday INN" mehmanxanasında  AESTHETICAL (ESTETİK)  italyan peelinqlərinin innovativ xəttinin təqdimatı ilə bağlı seminar keçirildi. Tədbirdə dövlət qurumlarının nümayəndələri, AWWA-nın avropalı tərəfdaşları, həmçinin kosmetologiya və estetik tibb sahəsində aparıcı mütəxəssislər iştirak etdilər.

Qeyd etmək lazımdır ki, AWWA Böyük Britaniyada yaradılmış kosmetologiya, alternativ tibb və idman terapiyası sahəsində peşəkar ixtisasların aparıcı təchizatçısı olan Beynəlxalq Terapevtik İmtahan Şurası (ITEC) tərəfindən akkreditə olunub. Belə ki, tələbələrə verilən Diplomlar Azərbaycan ərazisində tam şəkildə tanınır və ITEC akkreditasiyası dünyanın 44 ölkəsində işlə təmin olunmaq imkanı yaradır.

No description available.No description available.No description available.No description available.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top