Narkotikdən istifadə edən sürücü saxlanıldı — FOTO

KRİMİNAL 17 yan 2022, 09:22
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top