Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı — VİDEO

ŞOU-BİZNES 16 yan 2022, 12:33
Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "TV8" telekanalında ötən gün start götürən "Survivor All Star" yarışmasında iştirak etmək üçün Dominikan adasına yollanıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pərvizin oğlu ilə vidalaşdığı anı İnstaqramda paylaşıb. Görüntülərdə idmançının övladının ağlaması izləyicilərin kövrəlməsinə səbəb olub.
 
Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə "Survivor"da iştirak edən Abdullayev oyuna daha sonra daxil olacaq. Onun hansı komandada yer alacağı isə hələlik bəlli deyil.
 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top