Azərbaycanda məhbuslar vəkilləri vasitəsilə virusa yoluxub?

SOSİAL 15 yan 2022, 22:24

“Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

“Hətta belə hal olubsa belə, VKRH-nə bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb.

Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız həmçinin bu cür şaiyələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağə xahiş edirəm. Vəkillərin tam əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər. Bundan ötrü ölkəmizdə bütün şərait yaradılmışdır, zəruri tədbirlər vaxtında görülmüşdür. Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyildir. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top