Sumqayıt sakinlərindən ŞİKAYƏT — FOTOLAR

SOSİAL 06 mar 2019, 12:36

Sumqayıt şəhər 13 mikr. bina 5 və 6 ünvanının sakinləri ərazidəki vəziyyətdən narazılıq edirlər. 


Bununla bağlı Demokrat.az-a müraciət edən sakinlər məmur özbaşınalığı və laqeyd münasibətdən şikayət edirlər. 


Sakinlər ərazidə aparılan ağacbudama işləri və onun yarıtmaz nəticəsi ilə bağlı müvafiq qurumlara da şikayət etdiklərini deyirlər. 


"Binanın həyətindəki bir neçə ağacı budayan əlaqədar qurumun işinin ardınca görülməli olan təmizləmə işləri aparılmayıb. Artıq 3 həftəyə yaxındır ki, iri gövdəli ağacların yerə tökülən qol-budaqları yığışdırılmayıb. Nəticədə bina sakinlərinin gediş-gəlişinə maneə yaranıb, həyətdə çör-çöp yığını qalaqlanıb. Azyaşlı uşaqlar həyətdə gəzə bilmirlər ki, budaqları gözlərinə batar. Məsələ ilə bağlı aidiyyəti MİS tərəfindən sakinlərin müraciəti ilə bağlı heç bir tədbir görülməyib".


Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, nədənsə susqunluğa üstünlük veriblər. 


Sakinlərin ərazidən çəkib bizə göndərdiyi fotoları təqdim edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top