Bakı Nəqliyyat Agentliyi tanınmış YAP-çının qızını İFŞA ETDİ

HADİSƏ 06 mar 2019, 10:44

Bakı Nəqliyyat Agentliyi YAP-ın qurucularından biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkənin İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qocanın quruma ünvanladığı tənqidlərlə bağlı açıqlama yayıb. 


Demokrat.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin açıqlamasında qeyd olunur:


"Martın 4-də Xeyrəddin Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə at oynadırlar” kimi fikirlər yazaraq sosial şəbəkədə agentliyin ünvanına xoşagəlməz ifadələr işlədib. Agentlik bildirib ki, bunlar şər və böhtan xarakterli fikirlərdir. Əslində nə baş verib? Demək, Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili Parlament prospektində, 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntellektual Nəzarət Sisteminin kameraları vasitəsilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə.
 

Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top