“Gələcəyin karyerası” layihəsinə start verildi — VİDEO

MARAQLI 05 mar 2019, 23:20

Xəzər Universiteti Dünya Məktəbində “Mübariz Gənclər” İctimai Birliyi tərəfindən “Gələcəyin karyerası” adlı layihənin ilk təqdimatı keçirilib. 


Demokrat.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan gənclərini ölkəmiz üçün zəruri, lakin gənclər arasında populyar olmayan, peşələrə maraq göstərməyə təşviq etməkdir. 


Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda gənclər təhsilini əsas olaraq maliyyə və hüquq sahəsində aparmağa üstünlük verir. Nəticədə, təhsillərini başa vurduqdan sonra onların əksəriyyəti işsiz qalır və ya başqa, xüsusən də xidmət sektorunda, iş axtarmağa məcbur olurlar. 

 

“Mübariz Gənclər” İctimai Birliyi kənd təsərrüfatı, baytarlıq, proqramlaşdırma, robotlaşdırma, biotexnologiyalar kimi sahələri təşviq etməklə gənclərin peşə seçimi istiqamətində imkanlarını artırmaq məqsədi güdür.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top