Karate ailəsi “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nü qeyd etdi — FOTOLAR

İDMAN 05 mar 2019, 22:29

Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının (AKFA) təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş tədbir keçirilib. 

 

Demokrat.Az xəbər verir ki, Tədbiri giriş sözü ilə Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Arif Məmmədov açıb. O, ilk olaraq Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyevin təbriklərini və xoş sözlərini tədbir iştirakçılarına çatdırıb. 

 

Dünya və Avropa çempionu öz növbəsində əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, ümumilikdə isə AKFA üzvlərini, bütün karate ailəsini təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. 

 

A.Məmmədov, ötən ay İranın Tehran şəhərində baş tutmuş karate üzrə “Master Cup” beynəlxalq turnirindən də danışıb. O, digər yarışlarda olduğu kimi bu yarışda da Azərbaycan karateçilərinin yüksək nailiyyət qazandığını diqqətə çatdırıb. Həmin yarışda yaşanan məlum bayraq hadisəsini də xüsusi vurğulayıb: “Belə ki, Azərbaycan bayrağının Ermənistan bayrağının altından asıldığını görən karateçilər və onların valideynləri, o cümlədən AKFA-nı təmsil edən şəxslər, bu hörmətsizliyə son qoyulmasını tələb etmiş, əks-təqdirdə yarışa qatılmayacaqlarını yerli təşkilatçılara bildirmişlər. Məhz bu etirazlardan sonra Azərbaycan bayrağı yarış zalının başqa bir yerində yüksəkdən asılmışdır”. 

 

Arif Məmmədov bu hadisəni təqdirəlayiq hal hesab edərək, Azərbaycan bayrağını yüksəkdə tutmuş idmançıları vətənpərvərlik nümunəsi kimi göstərib: “Məhz bu hadisə ilə idmançılarımız milli atribut olan bayrağımıza öz minnətdarlıqlarını ifadə ediblər”.

 

Tədbirin sonunda isə federasiya tərəfindən Tehranda keçirilmiş “Master Cup”  beynəlxalq turnirinin  qaliblərinə xüsusi mükafatlar təqdim olunub. Bundan başqa, federasiya rəhbəri A.Məmmədov növbəti yarış üçün bu ilin 9-10 martında Türkiyənin İstanbul şəhərində “Bosphorus Cup” beynəlxalq turnirində iştirak edəcək  yığma komanda üzvlərinə uğurlar arzulayıb. 

 

 

 

 

Zaur Zahidoğlu

Demokrat.Az

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top