“Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?” — Məleykə Abbaszadə

SOSİAL 05 mar 2019, 12:41

“Çox şadam ki, qadınlar indiki şəraitdə öz yolunu tutub, şəxsi bizneslərini qurmaqda maraqlıdırlar”.


Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində bildirib.


“Keçirdiyimiz sorğuların nəticəsinə əsasən deyə bilərəm ki, yüksək bal toplayan uşaqların uğurlarının böyük səbəbkarı ali təhsilli valideynlər, xüsusilə də analardır. Qadınlar adət-ənənələrimizi qoruyub saxlamaqla yanaşı həm də müasir düşüncəyə malik olmalıdır. Biz gərək stereotiplərin əsiri olmayaq. Çox zaman bu stereotiplər bizim əl-qolumuzu bağlayır. Ailə quranda bizdən belə bir istək olur: 7 oğul istərəm, bircə dənə qız, gəlin. Niyə? Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur? Qadınlar öz uğurları ilə bu kimi fikirlərin yanlış olduğunu sübut etməlidirlər”, – o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top