Moskvada Azərbaycan vətəndaşını oğurladılar — Çeçen və azərbaycanlıların DAVASINDAN SONRA

HADİSƏ 04 mar 2019, 15:45

Fevralın 19-da Moskvanın cənub-şərqində çeçen və azərbaycanlılar arasında baş verən davadan sonra Azərbaycan vətəndaşı oğurlanıb.


Demokrat.az xəbər verir ki, bu barədə "Rosbalt" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.


Oğurlananın münaqişəyə görə kütləvi davanı başladan şəxs olduğu bildirilib. Lakin onun adı gizli saxlanııb.


Mənbənin sözlərinə görə, davada iştirak etmiş çeçenlərin əksəriyyəti həmin gün Moskvadan respublikaya və başqa regionlara yollanıb. 


Qeyd edək ki, fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində çeçe və azərbaycanlılar arasında dava baş verib.


Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn Çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib.


Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar.(open.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top