Sumqayıtda şöbə müdiri direktorun otağına qumbara atdı — EKSKLÜZİV

HADİSƏ 04 mar 2019, 13:22

Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 


Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda  yerləşən “Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib. 

BEATRICE-da növbəti endirimlər


Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb. 


Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlaymağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib. 


Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb.

Похожее изображение


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top