"Müraciətləri Prezident İlham Əliyev diqqətlə dinləyirdi" — Xalq artisti

GÜNDƏM 03 mar 2019, 23:58

"Yaradıcı ziyalıların Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünün yeni formatı ən xoş təəssüratlar yaratdı".


Demokrat.az xəbər verir ki, bunu Trend-ə Dövlət Rus Dram Teatrının baş rejissoru, "Şöhrət" və "Şərəf" ordenləri kavaleri, Xalq artisti Aleksandr Şarovski deyib.


A.Şarovski bildirib: 


"Mən bir neçə dəfə cənab Prezidentlə görüşmüşəm, ancaq mədəniyyət və incəsənətin müxtəlif sahələrindən yetmişə yaxın tanınmış insanın öz xahişləri və təkliflərini səsləndirəcək formatda - ilk dəfədir. Müraciətlər zamanı Prezident İlham Əliyev diqqətlə dinləyirdi və hər şeyi qeyd etdi. Mən, teatrımızın 100 illiyinin qeyd olunacağını nəzərə çatdıraraq ona akademik adının təyin olunmasının mümkün olub-olmamasını soruşdum. Və bu sual, digərləri kimi, dərhal görüş zamanı öz həllini tapdı. Cənab Prezident həmçinin qeyd etdi ki, digər teatrların da statuslarının və əməkhaqılarının yüksəldilməsi ilə bağlı tədbirlər görüləcək. Bu çox gözəl və valehedici görüş idi. Mən hələ də təəssürat altındayam və bu görüş haqqında, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın böyük diqqət və qayğı ilə mədəniyyət və incəsənət sahəsinə yanaşdıqları və problemlərin necə operativ şəkildə həll olunduğu barədə danışıram. Xüsusən qeyd etmək istərdim ki, bütün çətinliklərə baxmayaraq ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, problemlərin tez həll olunması üçün hər şeyin icra olunacağı, mədəniyyət və incəsənətə isə hər zaman xüsusi diqqət və qayğının göstəriləcəyi qeyd olundu".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top