Deputatın şirkəti metro tuneli üzərində hündürmərtəbəli bina inşa etdirdi — İstirahət parkı "YOXA ÇIXDI" (FOTOLAR)

SOSİAL 03 mar 2019, 19:12

Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron” şirkəti paytaxın Binəqədi rayonunda, metronun "Azadlıq prospekti" stansiyasının üzərində yerləşən parkı zəbt edərək hündürmərtəbəli bina tikdirib. 


Bununla bağlı ərazidə yaşayan sakinlər Demokrat.az-a müraciət ediblər. 


Şikayətçilər deyir ki, “Kristal Abşeron” şirkəti heç bir halda tikintisinə icazə verilməyən metro tunelinin üzərində hündürmərtəbəli binalar inşa edib.

 

Image result for Kristal Abşeron azadlıq 


"Bakı Metropoliteni" QSC-nin icazəsi olmadan inşa edilən sözügedən binalar sakinlərin ciddi narahatçılığına səbəb olub. Binanın ağırlığı ərazidən keçən metro tuneli üçün təhlükəli vəziyyət yaradıb.

 

Image result for azadlıq metrosu çatlar

 

Metronun "Azadlıq prospekti" stansiyasının içərisində tez-tez çatların əmələ gəlməsi də təsadüfi deyil. Görünür ki, binada görülən işlər və əraziyə axıdılan suları metronun tunelində çatlar əmələ gətirir.  

 

Related image


Ən təəccüblüsü də odur ki, şirkət ərazidə avtomobillərin ödənişliyi saxlanıldığı yerə "maşına zərər dəyərsə, məsuliyyət daşımırıq" kimi elan lövhəsi vurub. 


“Kristal Abşeron” şirkətinin qanunsuz fəaliyyəti bununla bitmir. Şirkət metronun "Azadlıq prospekti" stansiyası üzərində salınmış parkın ərazisinin böyük hissəsini də zəbt edərək, orada hündürmərtəbəli binalar inşa etdirir. 

 


Əvvəllər həmin binaların "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov tərəfindən inşa edildiyi deyilsə də, ancaq sözügedən iş adamı bu məlumatları təkzib edib. 


“Şərur” MTK şirkətinin sahibi olan İsfəndiyar Axundov Demokrat.az-a açıqlamasında bildirib ki, metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması doğru deyil:

 

Image result for İsfəndiyar Axundov


"Bu ərazi mənə məxsus deyil. Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.


İş adamı bir neçə il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib:


“Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.  

 


“Kristal Abşeron” şirkətinin metro tuneli üzərində hündürmərtəbəli bina inşa etdirməsi barədə "Bakı Metropoliteni" QSC-dən icazə alıb-almaması barədə araşdırmalarımız davam edir. Yaxın günlərdə bununla bağlı "Bakı Metropoliteni" QSC-nin və İcra Hakimiyyətinin sorğumuza cavablarını oxuculara təqdim edəcəyik.   


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top