“Dollar kreditini manata çevirənlər də kompensasiya alacaq”

İQTİSADİYYAT 03 mar 2019, 00:00

Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

 

FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

 

“Həmin şəxslər sonradan banklardan manatla kredit alsalar belə, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar”, – deyə o, qeyd edib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

 

“İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top