Ərdoğan: “Türkiyəyə 19-20% səviyyəsində inflyasiya yaraşmır”

DÜNYA 02 mar 2019, 22:37

“İnşallah Türkiyədə inflyasiyanın səviyyəsi yenidən 6-7%-ə qədər enəcək”.

 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində vətəndaşlar qarşısında çıxışı zamanı bildirib. O deyib ki, Türkiyəyə 19-20% səviyyəsində inflyasiya yaraşmır.

 

R.T.Ərdoğanın sözlərinə görə, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatı ilə məşğul olanlar əkin sulama abunəçisi kimi elektrik enerjisini 12% daha ucuz alacaqlar. Türkiyənin yeni “Yavuz” qazma gəmisi isə müəyyən yoxlama və test işlərindən sonra Aralıq dənizində qazma əməliyyatına başlayacaq.

 

“Qazma əməliyyatları dəqiq araşdırma və texniki işdir. Digər tərəfdən də qismət işidir. Hər axtaran tapa bilməz, amma tapanlar da axtaranlardır. Biz də axtara-axtara tapacağıq. Gəmilərimizin gördüyü işlərlə bağlı müjdəli xəbər alacağımız günün çox qısa zamanda olacağına inanıram”, – Türkiyənin dövlət başçısı vurğulayıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top