Prezidentin keçirdiyi görüşdən Rasim Balayev niyə kənarda qaldı? — Özündən AÇIQLAMA

GÜNDƏM 02 mar 2019, 17:29

“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.


Demokrat.az xəbər verir ki, bu fikirləri  ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.


Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil: 


“Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il “Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.(Yenicag.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top