"Həyasızlıq sərhədi keçəndə, susmaq da mümkün deyil" — "Səs" qəzeti Kəmaləddin Heydərovun adamını "VURDU"

GÜNDƏM 02 mar 2019, 15:26

Naxçıvan rəhbərliyi ilə BAXCP sədri Qüdrət Həsənquliyev arasında başlayan qarşıdurma yüksələn xətt üzrə davam edir. Məsələ ilə bağlı onlarla şəxs mediada çxış edib, ittiham və aşağılayıcı ifadələr səslənib.


Demokrat.az xəbər verir ki, bu günlərdə “Səs” qəzetinin əməkdaşı İlham Əliyev Q. Həsənquliyevin partiyasını ittiham edən yazı ilə çıxış edib.


"Həyasızlıq sərhədi keçəndə, susmaq da mümkün deyil" yazan jurnalit BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı haqda sərt ifadələr işlədib.

 

Image result for niyaməddin orduxanlı Qüdrət Həsənquliyev


Niyaməddin Naxçıvan Muxtar Respublikasının rəhbərliyini ittiham edir ki, niyə xaricdə oturub, Azərbaycanın milli maraqlarına xor baxan "söyüş qrupu"na cavab vermir. Bu, bivec məxluqun düşüncəsinə görə, Naxçıvan rəhbərliyi işini-gücünü atıb, açıq-aşkar gədəlik edən mənəviyyatsız bir ovuc ünsürə cavab verməlidir. 


Xaricdəki "söyüş qrupu"nun fəallarından olan Orduxan Teymurxanın qohum-əqrəbasından olduğu deyilən Niyaməddin əkəyə xatırlatmaq lazımdır ki, Azərbaycanda bütün cəmiyyət, o cümlədən, Naxçıvan ictimaiyyəti istənilən qara qüvvələrə, o cümlədən, müxtəlif məkrli dairələrin maddi və mənəvi dəstəyi ilə ölkəmizə qarşı əxlaqsız fəaliyyət yolu tutanlara qarşı sərt mövqe ortaya qoyub”.

 

Image result for vasif talıbov


Daha bir sitat: “Niyaməddin əkə kimilər təbii ki, sifariş qulu olduqlarından, Naxçıvan həyatında baş verən uğurları görmək istəmirlər. 


Tövsiyə: Niyaməddin bəy, böyük oyunun kiçik peşkaları rolunda çıxış edib, başın girmədiyi yerə bədənini soxmağa çalışma”.


N. Orduxanlının yazıya cavab gecikməyib: 


 “İki gün öncə yazmışdım ki, BAXCP sədri Qüdrət Həsənquliyevə total hücum təşkil edənlər görəsən Prezidenti və onun ailəsini təhqir edənlərə qarşı niyə belə kampaniya təşkil etmir. Bu gün İlham adlı bir jurnalist mənə böhtan atmaqla yanaşı, həm də mənə cavab verib ki, xaricdən söyüş söyənlər kimdir ki, Naxçıvan rəhbərliyi onlara cavab versin. Soruşuram, bəs onda YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzov parlament tribunasından niyə yapçılara müraciət edib deyirdi ki, mövqeyinizi bildirin? Prezidentin siyasi məsələr üzrə köməkçisi söyüş söyən ünsürlərə qarşı dirəniş göstərdiyi üçün hansı təhqirlərə məruz qalmayıb...”.(“Yeni Sabah”)

 


Qeyd edək ki, Qüdrət Həsənquliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın adam kimi tanınır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top