“Orada sürüşmə daş dövründə də olub…” — Eldar Əzizov

SOSİAL 02 mar 2019, 11:04

“Bayıl sütüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır”.


Demokrat.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.


O qeyd edib ki, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi baş veribl: 


“Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı. Hazırda orada yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top