Hacı İsmayılov prezidenti teatra dəvət etdi

GÜNDƏM 02 mar 2019, 08:12

“50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb. Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var”.


Demokrat.az xəbər verir ki, bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı qeyd edib.  


O, çıxış edərkən ölkə başçısını Akademik Milli Dram Teatrına dəvət edib:


“Bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir.


Akademik Milli Dram Teatrının böyük bir arzusu var. Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səslənir. Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top