Binəqədidə yağının söndürülməsi istiqamətində iş aparılır — FHN-dən AÇIQLAMA

HADİSƏ 02 mar 2019, 10:55

Fövqəladə Hallar Nazirliyi "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğınla bağlı məlumat yayıb.


FHN-dən Demokrat.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. 


İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top