Arvadı ilə qayınanasını baltalayıb, evə od vurdu — Bərdədə dəhşətli qətl (FOTOLAR)

KRİMİNAL 02 mar 2019, 10:17

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.


Demokrat.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.


O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.


Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

BEATRICE-da növbəti endirimlər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top