"Azərbaycan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalıdır" — Deputatdan QƏRİBƏ AÇIQLAMALAR

SİYASƏT 01 mar 2019, 18:59

“Mən 2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır”.


Demokrat.az-ın məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev teleqraf.com saytına müsahibəsində Qarabağ danışıqlarının hazırki vəziyyətinə dair sualı cavablandırarkən deyib.


Partiya sədrinin fikrincə, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. 


“Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər”.


Lakin Q.Həsənquliyev hesab edir ki, Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalıdır: 


“Çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Siyasətdə bəzən ağıllı fikirləşincə dəli vurub çayı keçir. Tarixdən yüzlərlə misallar gətirmək olar ki, ağıllı siyasətçi oturub fikirləşir və sonda kələfin içində itib-batır, nəticə də olmur. Bəzən dövlət başçıları qəti və ciddi qərarlar qəbul etmək məcburiyyəti qarşısında qalır. Düşünürəm ki, 2019-cu ildə belə qərarlar qəbul oluna bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top