AMEA uşaqların təhlükəsizliyi ilə bağlı uşaqsız tədbir keçirdi — FOTOLAR

HADİSƏ 01 mar 2019, 18:45

Martın 1-ə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə çıxış edən institutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin əhəmiyyətini qeyd edərək, uşaqların təhlükəsizliyinin təmin edilməsində böyüklərin vəzifəsindən danışıb. 


Daha sonra institutun əməkdaşı İbrahim Bağırov “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda məruzə edib.


Mülki müdafiə əmlak və cihazlarının sərgisi təşkil edilmiş tədbirdə institutun mülki müdafiə qüvvələrinin üzvləri əleyhqazdan və tibbi-sanitar vasitələrdən istifadə qaydalarını nümayiş etdiriblər.


Tədbirdə institutun komandir-rəis və Mülki Müdafiə qüvvələrinin şəxsi heyətindən normativlər qəbul edilib.


Qeyd edək ki, mövzusu uşaqlarla bağlı olan tədbirdə 1 nəfər belə uşaq iştirak etməyib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top