Təbrizi “Qarabağ bizimdir, bizim olacaq” şüarları bürüdü — Soydaşlarımızdan İrana və Ermənistana SƏRT REAKSİYA (VİDEO)

HADİSƏ 01 mar 2019, 18:09

Ermənistann baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində Tehranın “Ararat” statdionunda erməni icmasının nümayəndələri ilə görüşü zamanı baş verənlər Güney Azərbaycanda etirazla qarşılanıb. 


Demokrat.az xəbər verir ki, Təbrizin “Traktor” komandası “Sepahan İsfahan” klubu ilə qarşılaşacaq. 


Hazırda stadiona yığışan azərbaycanlı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər. Saytımıza göndərilən video görüntülərdə bu öz əksini tapır.


Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumata görə isə Təbrizdə gənclər ermənilərin “Ararat” idman klubunun divarına “Qarabağ Azərbaycanın ayrımaz parçasıdır” şüarını yazıblar.


Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı qondqarma “DQR”in “bayrağı” açılmış, “Qarabağ Ermənistanındır” şüarı yazılmışdı. Güney Azərbaycandan olan fəallar isə buna cavab verəcəklərini bildirirdilər.(Avropa.info)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top