Ukraynanın daha bir nüfuzlu telekanalında Xocalı soyqırımından bəhs edən geniş süjet yayımlandı — VİDEO

HADİSƏ 01 mar 2019, 15:51

Ukraynanın tanınmış “5 kanal”ında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb.


Azərbaycanın Ukraynadakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, telekanalın jurnalisti Bakıda olaraq Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşündən, Xocalı şahidlərindən danışıb.


Sujetdə yürüşdə iştirak edən azərbaycanlılardan Xocalı soyqırımı haqqında müsahibələr götürülüb. 


Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.


Jurnalist, həmçinin Xocalı sakininin başına gətirilən işgəncə ilə bağlı süjeti yayımlayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top