Kiyevin mərkəzində Nəsiminin heykəli ucaldılacaq — FOTOLAR

MARAQLI 01 mar 2019, 15:15

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar olaraq paytaxt Kiyevin mərkəzində abidəsi ucaldılacaq.


Azərbaycanın Ukraynadakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, sözügedən tədbirlər Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etməsi və 650 illik yubileyi ilə bağlı imzalanan Sərəncam çərçivəsində həyata keçirilir. 


Bu münasibətlər azərbaycanlı heykəltəraş, memar, Azərbaycanın “Əməkdar rəssamı”, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanov tərəfindən İmadəddin Nəsiminin heykəli hazırlanıb.


Bu ilin may-iyun aylarında isə Nəsiminin abidəsinin açılışı nəzərdə tutulur. 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan olunub.

 


Xatırladaq ki, 2017-ci ildə Kiyev şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ukrayna dostluq parkı inşa edilərək yerli sakinlərin istifadəsinə verilib.


Park tamamilə yenidən salınıb. Orada 150-dən çox ağac əkilib, işıqlandırma və suvarma sistemi yaradılıb. İnsanların istirahətini təmin etmək üçün hər bir şərait yaradılıb.


Parkın açılışına Kiyev şəhərinin meri Vitali Kliçko da qatılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top