"Vətəndaşlara kart hesabı açılacaq" — Prezidentin köməkçisi

İQTİSADİYYAT 01 mar 2019, 13:22

Devalvasiyadan yaranan xarici valyutada olan kreditlərin dəyər artımı vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Söhbət ödəmə müddəti 360 gündən keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və dəbdə pulları silinəcək.


Demokrat.az xəbər verir ki, bunu Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bildirib. 


Onun sözlərinə görə, əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq.


“Yox, əgər kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək.


Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar və Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə adbaad hesablayacaqlar. Əgər kredit qalığı qalırsa, vətəndaş dəvət olunacaq və yeni kredit müqaviləsi bağlanacaq. Öz vəsaiti hesabına həmin krediti bağlayan vətəndaşlar isə kompensasiyanı tam məbləğdə alacaqlar”, - deyə N.Əmirov vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top