Ukraynada evinə silahlı basqın edilən azərbaycanlı polis tərəfindən AXTARIŞDA İMİŞ — Azərbaycana ekstradisiya olunacaq

HADİSƏ 28 fev 2019, 19:31

Ukraynanın Luqansk vilayətində Azərbaycandan olan diaspora nümayəndəsi Təbriz Rəsulovun evinə silahlı basqın edilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb. 


Ukraynadakı diaspora nümayəndələrindən Demokrat.az-a verilən məlumata görə, Təbriz Rəsulovun evinə silahlı basqın hadisəi 17 gün əvvəl olub. 


Onlar iddia edir ki, Təbriz Rəsulov dələduzluq fəaliyyətilə məşğuldur:


"Təbriz Rəsulov bu yaxınlarda Mürvət adlı azərbaycanlı kiçik sahibkarı hədələyib pul istəyib. O, pul vermədiyi üçün onu döydütdürüb. Bu hadisədən sonra isə Mürvət adlı azərbaycanlı da Təbriz Rəsulovun evini güllələtdirib. Hazırda Ukrayna polisi törətdiyi cinayətlərə görə Təbriz Rəsulovu axtarır. Onun haqqında çoxsaylı şikayətlər var. Yəqin ki, Təbriz Rəsulov saxlanılan kimi Bakıya ekstradisiya olunacaq", - deyə diaspora üzvləri qeyd edir.


Azərbaycanın Ukraynadakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə isə martın 1-dən 4-dək Azərbaycan konsulluğunun və DİN-nin birgə nümayəndə heyəti Dnepropetrovsk şəhərində və ətraf rayonlarda konsulluq yardımı üçün ənənəvi səyyar qəbul keçirəcək. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top