"Azərbaycanda müxtəlif vəzifələrdə işləyən çoxlu gey tanıyıram" — "Eurovision” təmsilçimizdən ŞOK AÇIQLAMA

ŞOU-BİZNES 28 fev 2019, 15:28

"Bir il bundan öncə açıq-saçıq fotolar paylaşanda pis rəy yazanlar daha çox idi. İndi isə yazılan 100 rəydən cəmi 4-ü mənfi ola bilər. Dəyişiklikləri görürəm və çox şadam. Saytların səhifələrində isə rəyləri oxumuram”.


Demokrat.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Dilarə Kazımova deyib. 


"Eurovision” təmsilçimiz homofobiyasının olmadığını da dilə gətirib:


"Ətrafımda gey tanışlarım olduğuna görə, heç kim mənə basqı etmir. Çünki xasiyyət baxımından özüm kimi dostlarımı tapıram. Hər kəsin öz seçimi və şəxsiyyəti var. Biz ondan soruşmamalıyıq ki, sən kimlə yaşayırsan? 

 
Aqressiyanı sevmirəm. Azərbaycanda müxtəlif vəzifələrdə işləyən çoxlu gey tanıyıram. Onlara təzyiq göstərən, işdən çıxaran yoxdur. Geylər burada kifayət qədər normal durumdadır. Ancaq bunu nümayiş etdirmək də düzgün deyil. Həmçinin, homofob olmaq da”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top