Parisdə Xocalı mitinqini pozmağa çalışan ermənilərin Orduxan Teymurxanla əlaqəli olması iddia olunur — FOTOLAR

GÜNDƏM 28 fev 2019, 13:59

Xəbər verdiyimiz kimi, Parisdə “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa cəhd göstəriblər.


Ermənilər iç üzlərinin açıldığını, beynəlxalq ictimaiyyətin onların iyrənc əməllərindən xəbər tutduğunu görərək daha da azğınlaşırlar. Ancaq onlar Xocalı qətilamının günahsız qurbanlarının xatirəsinin yad edilməsinə mane ola bilmədilər. Anım tədbiri planlaşdırıldığından da yüksək səviyyədə keçirilib.


Tədbirə dəvət olunan 300-dən çox fransız və müxtəlif xalqların nümayəndələri azərbaycanlıları tək qoymayıb, mərasimin sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər.


Demokrat.az xəbər verir ki, Fransadakı səfirliyimiz və UNESCO yanında daimi nümayəndəliyimizin birgə təşkil etdiyi tədbirin başlanmasından əvvəl erməni aktivistlər kilsəyə soxulub, qonaqlara qarşı fiziki təcavüz edərək, onları təhqir ediblər. Bununla da bir daha özlərinin faşist simalarını həm fransızlara, həm də Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə göstəriblər.


Erməni aktivistləri özləri də bilmədən bir daha nümayiş etdirdilər ki, onların mübarizəsi ədalət və həqiqət üçün deyil, türklərə qarşı sonsuz nifrətə əsaslanır. Özlərini həmişə qurban kimi qələmə verən ermənilər artıq xəbis niyyətlərini gizlədə bilmirlər.


Erməni mənşəli faşistlər “mənfur türk”, “öz ölkənizə qayıdın” deyə irqçi məzmunda şüarlar səsləndiriblər.

 

Xatırladaq ki, bir neçə gün öncə yəhudi filosof Alen Finkielkrota qarşı edilən antisemit təcavüzdə də eyni sözlər səsləndirilib. Bu, ölkədə nifrət və azğınlığın baş alıb getdiyini göstərir.


Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyi tərəfindən Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı Parisin mərkəzində yerləşən ən böyük kilsə Sen-Östaş-da birgə təşkil edilən konsert proqramında təşkilatçılar və qonaqlar ermənilərin hücumuna məruz qalan zaman yeni faktlar ortaya çıxıb.

 

Parisdəki diaspora üzvlərindən Demokrat.az-a verilən məlumatda isə iddia olunur ki, "sözügedən konsert başlamazdan bir az əvvəl erməni gənclərindən ibarət qrup kilsəyə daxil olaraq tədbir iştirakçılarını təhqir edərəkən əllərindəki şüar yazılmış lövhələr, Azərbaycanın dövlət rəsmilərinə və atributlarına qarşı daim təhqirlər yağıdıran Orduxan Temurxanın ayrı-ayrı vaxtlarda yayımladığı video materiallardakı lövhələrlə eynilik təşkil edib".

 

 

İddialara görə, Xocalının anım günü tədbiri zamanı məlum olub ki, ermənilərin əllərindəki plakatlar məhz o radikalların daim nümayiş etdirdikləri plakatlardandır. 


"Xocalı soyqırımının dünyaya tanıdılması tədbirinin əlehinə çıxış edən erməni vandallarının əlində Orduxan Temurxanın istifadə etdiyi eyni şüarlı plakatın olması faktı hər iki tərəfin eyni mənbədən qaynaqlandığını və birgə hərəkət etdiyinin açıq sübutudur. 


Həmçinin, soydaşlarımız tərəfindən dünyanın müxtəlif yerlərində keçirilən Xocalı soyqırımı ilə bağlı etiraz mintinqlərinin Orduxan Temurxan tərəfindən gözdən salmağa çalışılması, o mintinqlərin mahiyyətini, miqyasını kiçililtmək məqsədilə çıxışların edilməsi aşkar edilən faktlara görə Fransada keçirilən tədbirə qarşı vandal erməni gənclərinin göstərdiyi mövqe ilə tam üst-üstə düşür. 


Bütün bu faktlar bir daha onu göstərir ki, Orduxan Temurxan Avropada anti-Azərbaycan dairələrlə, konkret olaraq ermənilərlə birgə fəaliyyət göstərir”, - deyə mənbə iddia edir.

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top