Azərbaycanlı fermer-biznesmenin evinə silahlı basqın edildi — EKSKLÜZİV

KRİMİNAL 28 fev 2019, 13:40

Ukraynanın Luqansk vilayətində Azərbaycandan olan diaspora nümayəndəsi, Luqansk vilayətinin Lisiçansk şəhərində fermer kimi tanınan sahibkar Təbriz Rəsulovun evinə silahlı basqın olub. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, fevralın 24-də axşam saatlarında bir qrup silahlı naməlum şəxs Luqansk vilayətinin Lisiçansk şəhəri Azərbaycan Cəmiyyətinin üzvü Təbriz Rəsulovun evini atəşə tutub. 


Silahlı basqın zamanı azərbaycanlı sahibkar və ailəsi evində olmayıb. 


Ehtimal olunur ki, Təbriz Rəsulova edilən silahlı hücum onun biznes fəaliyyətilə bağlıdır. 


Qeyd edək ki, son bir neçə ildə Ukraynada azərbaycanlılara qarşı bu cür müxtəlif tipli cinayət hadisələri baş verir. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top