Dünyasını dəyişən "Şır-Şır” restoranın sahibi vəzifəli şəxsin atası imiş

GÜNDƏM 28 fev 2019, 10:43

Bakıda qəfil vəfat edən iş adamı vəzifəli şəxsin atası imiş.


Demokrat.az "publika.az"a istinadən xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində yerləşən məşhur ailə restoranı olan "Şır-Şır”ın sahibi Elbrus Hüseynovun meyiti aşkar edilib. 


Onun öz əcəli ilə, xəstəliyi səbəbindən dünyasını dəyişdiyi məlum olub.


Həmçinin bəlli olub ki, vəfat edən iş adamı Elbrus Hüseynov Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin vəzifəli əməkdaşı Elvin Hüseynovun atasıdır.


Faktla bağlı araşdırma davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top