“Barselona” “Real”ı darmadağın etdi — VİDEO

İDMAN 28 fev 2019, 08:32

İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb.


Demokrat.az-ın məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib. 


Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər.


İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. 


Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb.


Qarşılaşmanın 69-cu dəqiqəsində “Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə).


İspaniya Kubokunun finalında “Barselona”nın rəqibi “Betis”-“Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top