Hindistan və Pakistan nüvə arsenalını döyüş vəziyyətinə gətirdi — BÖYÜK MÜHARİBƏ TƏHLÜKƏSİ

DÜNYA 28 fev 2019, 00:18

Kəşmirdə yaranmış gərginlik dalğası səbəbilə, Hindistan və Pakistan hərbçiləri nüvə arsenalını döyüş hazırlığı vəziyyətinə gətirib. 


Demokrat.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.


Bu arada sosial şəbəkələrdə xəbərlər yayılır ki, tərəflərin ordusu Kəşmirdəki təmas xəttində güclü atəş açmağa başlayıblar.


İki ölkə arasında gərginliyin azaldılması tələbi ilə Avropa İttifaqı çıxış edir.

 

Avropa İttifaqının diplomatiya başçısı Federika Moqerini İslamabad və Nyu-Dehlini təmasları XİN səviyyəsində bərpa etməyə çağırıb.

 

Related image


Xatırladaq ki, nüvə arsenalının sayı 120 ədəd döyüş başlığına qədər sayılan tərəflər 2002-ci ildə də nüvə müharibəsi təhlükəsi qarşısında olublar. Buna səbəb islamçı-döyüşçülərin Hindistan parlamentində törətdikləri terror aktı olub. Nəticədə, tərəflərin hər biri sərhədə 500 min hərbçi yeridib. 

Həmin zaman nüvə müharibəsini Moskva və Vaşinqton dayandıra bilib. Rusiya Hindistanla, ABŞ isə Pakistanla danışıqlar aparıb. Bu gün isə münaqişənin tənzimlənməsi istiqamətində bu ölkələrin birgə fəaliyyətinə ümid yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top