Türkiyədə Xocalı faciəsinin qurbanları anıldı — FOTOLAR

GÜNDƏM 27 fev 2019, 15:35

Hər il olduğu kimi bu ildə qardaş Türkiyədə Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilib.


Demokrat.az xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və digər dərnək təşkilatları tərəfindən Ankara, Antalya, Balıkesir, Çankale, Derince, Edirne, Eskişehir, İzmit, Kocaeli şəhərləri və digər yerlərdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq kütləvi aksiyalar və müxtəlif tədbirlər keçirilib.


Həmin tədbirlər zamanı ermənilərin tarix boyu törətdikləri terror aktları, həmçinin Xocalı faciəsi ilə bağlı yerli, xarici mətbuat nümayəndələrinə məlumatlar verilib. 


Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi fevralın 28-də professor Aygün Attarın iştirakı ilə ermənilərin Xocalıda törətdiyi soyqırımı ilə bağlı konfrans təşkil edib. 


Tədbirlərin təşkilində xüsusi fəallıq göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qeyd edib ki, fevralın 26-da Kocaeli vilayətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Heydər Əliyev Mədəniyyət Evinin və İzmit bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ətrafında mərasim təşkil olunubş. 


Daha sonra Heydər Əliyev Mədəniyyət Evində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib. 


Analoji tədbir Körfəz Azərbaycan mədəniyyət və İdman dərnəyi tərəfindən də təşkil olunub.


Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Xocalı faciəsi şəhidlərinin xatirəsinə ehsan verilib. 


Daha sonra isə Manisa şəhər sakinləri üçün Xocalı soyqırımı ilə bağlı fotosərgi təşkil olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top