"Prezident bağışlayar, ancaq xalq bağışlamaz" – Hadi Rəcəbli Rüstəm İbrahimbəyov haqda

GÜNDƏM 27 fev 2019, 14:00

"O adamların xəyanətkarlığı sinəsinin üstündə hələ də qalıb. Bir dəfə satan, xəyanət edən adam yenə satar. Bu səbəbdən belə insanları bağışlamaq olmaz".

 

Bu sözləri millət vəkili Hadı Rəcəbli deputat həmkarı Siyavuş Novruzovun R.İbrahimbəyovun ölkəyə geri dönməsini misal çəkərək xaricdə yaşayan və “söyüş ünsürü” kimi tanınan şəxslərin də bağışlanmasının mümkünlüyü fikrinə münasibət bildirərkən deyib.

 

Deputat əlavə edib ki, prezidentin genişqəlbli olduğu üçün hətta belə insanları da bağışlayır:

 

“Özünüz görürsünüz ki, möhtərəm Prezidentimizin mərhəməti nə qədərdir. Özünüz baxın, Prezident nə qədər insanı bağışlayıb. Demək, bu da ola bilər”.

 

Deputat əlavə edib ki, vətənə xəyanət edən insanları isə nə Allah, nə də cəmiyyət bağışlayar:

 

“Vətənə xəyanət etməyi Allah da bağışlamaz, cəmiyyət də. O adamların xəyanətkarlığı sinəsinin üstündə hələ də qalıb. Bir dəfə satan, xəyanət edən adam yenə satar. Bu səbəbdən belə insanları bağışlamaq lazım deyil. Bizim prezidentimizin ürəyi böyükdür, o bağışlaya bilər. Ancaq vətənə, ölkəyə, dövlətə xəyanəti Allah, cəmiyyət bağışlamaz”. (Axar.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top