Ermənilər Parisdəki Xocalı tədbirini pozmağa cəhd göstərdi

GÜNDƏM 27 fev 2019, 10:14

Parisdəki Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirində insident baş verib.

 

Demokrat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları tədbirə mane olmağa cəhd göstəriblər.

 

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkil etdiyi tədbirin başlanmasından əvvəl erməni aktivistlər kilsəyə soxulub, qonaqlara qarşı fiziki təcavüz edərək, onları təhqir ediblər. Erməni mənşəli faşistlər “mənfur türk”, “öz ölkənizə qayıdın” deyə irqçi məzmunda şüarlar səsləndiriblər. Bununla da bir daha özlərinin faşist simalarını həm fransızlara, həm də Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə göstəriblər.

 

Ancaq onların bu cəhdinin qarşısı alınıb. Tədbirə dəvət olunan 300-dən çox fransız və müxtəlif xalqların nümayəndələri azərbaycanlıları tək qoymayıb, mərasimin sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər. Hadisə yerinə çağırılan polis əməkdaşları təxribatçıları kilsədən çıxarıblar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top