Finlandiya parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılacaq — FOTOLAR

HADİSƏ 26 fev 2019, 12:57

Finlandiyanın paytaxtı Helsinki şəhərində Skandinavia Azərbaycanlılarının Koordinasiya Şurasının ölkə uzrə əlagələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılıgı ilə Xocalı Soyqırımının 27-ci il dönümü ilə əlaqədar anım günü keçirilib. 


Şuradan Demokrat.az-a verilən məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı yerli ölkə ictimaiyyətinin təmsilçiləri, Azərbaycanıb İsveç  Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstamzadə, Finlandiya diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

 

Azərbaycan, İngilis və Fin dilində keçən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


Ülviyyə Cabbarova Xocalı soyqırımı haqqnda qonaqları  məlumatlandırıb: 


"Tədbirimiz Azərbaycanın Qarabağ bölgəsinin hələ də erməni terror qrupları tərəfindən işğal altında saxlanılması və Xocalı Soyqırımının Finlandiya içtimayyətinə çatdırılması, erməni diasporunun yalanlarının qarşısının alınması üçün əsaslı bir vasitə ü ün stimul olacağına ümid edirik".  


Günəş Rüstəmzadə isə Finlandiya hökuməti və parlamenti tərəfindən Serebreniza soyqırımının dunyada tanınmasında aktiv olmasını nəzarə alaraq, həmçinin Xocalı soyqırımının dunyada tanınması üçün Finlandiya Parlamenti qarşısında məsələnin qaldırımasını təklif edib.


Bildirib ki, artıq bu məsələ ilə bağlı 22 Fevral  tarixində Finlandiya Parlamentinin deputatları ilə görüş keçirilib. 


Məsələnin diasporun gücü ilə realıaşacağı vurğulanıb. Gunəş Rüstamzadə Ülviyyə Cabbarovaya tədbirin çox yüksək səviyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib.

 

Xocalı Soyqırımını anladan video çarx izlənilib. 

 

Təbdirin bədii hissəsində Azər-Turk Gənclər təşkilatının üzvü Mona Savojifar Azərbaycan xalq mahnısı Sarı Gəlin, Finlandiya Opera ve balet teatırının konsertmeysteri Leyli Huseynova Raxmaninov "Vokalis” Heino Kaski "Yö merenrannalla” Sibelius Akademiyasinin tələbəsi və müsabiqələr laureatı Emil Hartikainen A.Zeynalliının "Mugam sayagi”, John Williams theme from schindler`s list  və sair səsləndiriblər.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top