Bakıda yaşayış binasında baş verən yanğın lokallaşdırılıb — FOTOLAR - YENİLƏNİB

HADİSƏ 25 fev 2019, 15:24

Bakıda yaşayış binasında baş verən yanğın lokallaşdırılıb.


ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumat görə, hazırda binada tüstülənmə davam edir. 
 

Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov ONA-ya bildirib ki, yanğın baş verən binadan 60-a yaxın insan təxliyə edilib: “Təxliyə olunanlar arasında tüstüdən zəhərlənənlər var. Onlar xəstəxanaya yerləşdirilib. Sakinlər və xilasedicilər arasında xəsarət alan yoxdur”.


Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.


Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb. 

 

Saat 13:55


***

 

Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.


ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli  yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.


Yanğın baş verən binanın sakinləri təxliyə edilir.


Yanğınla bağlı əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, hadisə yerində tüstüdən zəhərlənmiş bir neçə nəfərə ilkin tibbi yardım göstərilib, onların həyati təhlükəsi yoxdur.

 

Saat 13:15


***

 

Bakıda yaşayış binası yanır.


ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, “Lider” televiziyasının yaxınlığında qeydə alınıb.


Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top